Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunun Bərcan kəndində səyyar qəbul keçirilib.

04 iyun 2025 | 13:22

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə rayonun Bərcan kəndində səyyar qəbul keçirib. 

Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov  çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Sonra sakinlərin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər