Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunun daha bir kəndinə təbii qaz verildi

18 fevral 2023 | 07:57
"SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür". Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Yardımlı rayonunun Pirembel kəndində vətənlaşlarla görüşü zamanı bildirib. Qurum rəsmisi 2021-ci ilin avqust ayından etibarən başlanan "Açıq mikrofon" aksiyasının bu günədək paytaxtla yanaşı, bütün bölgələri də əhatə etdiyini qeyd edib. Həmçinin Pirembel kəndindən SOCAR-a daxil olan müraciətlər əsasında "Səyyar qəbul otağı"nın bu ünvanda da təşkil olunmasının vacibliyini vurğulayıb. Görüşdə birlik rəsmiləri ilə yanaşı, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov da iştirak edib. RİH başçısı çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, infrastrukturun yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Çıxış edən sakinlər regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.
Keçidlər