Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunun Kürəkçi kəndində səyyar qəbul keçirilib.

11 iyun 2025 | 16:09

11 iyun 2025-ci il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Kürəkçi kənd sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda RİHB-nın müavinləri, aparatın şöbə müdirləri, idarə, müəssisə  və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan söz açaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib,  rayonda aparılan tikinti-quruculuq işlərindən və qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlər kəndə təbii qaz xəttinin çəkilməsi, artezian quyusunun qazılması, avtomobil yolunun asfaltlanması, elektrik təsərrüfatının yenilənməsi və digər məsələlər barədə fikirlərini bildirmiş, eyni zamanda şəxsi problemlərinin həllinə köməklik göstərilməsini xahiş etmişlər. Sakinlər tərəfindən qaldırılan suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər