Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı RİH başçısı Orxan Məmmədov şəhər mərkəzində aparılan səkilərin təmiri işləri ilə yerində tanış olub.

20 noyabr 2026 | 16:39

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Yardımlı şəhərində piyadaların təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə həyata keçirilən səkilərin əsaslı təmiri və yenidən qurulması işlərinin gedişatı ilə yerində tanış olub.

Baxış zamanı şəhər ərazisində köhnəlmiş və yararsız vəziyyətə düşmüş səki örtüyünün sökülməsi, yeni tamet daşlarının döşənməsi və səki kənarlarına yeni bordürlərin düzülməsi işlərinin mövcud vəziyyəti nəzərdən keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərin keyfiyyətinə ciddi nəzarət edilməsi, təmirin müəyyən olunmuş vaxtda başa çatdırılması və piyadaların hərəkəti üçün əlverişli şəraitin yaradılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər