Yardımlı RİH başçısının növbəti səyyar qəbulu Osnakəran kəndində keçirildi.
Osnakəran kənd tam orta məktəbində keçirilən səyyar görüşdə RİH başçısı, müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə Ayaz Əsgərov əvvəlcə Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Yardımlı rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Daha sonra cənab Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verib, sakinləri maraqlandıran məsələlər müzakirə olunub, müraciətlər cavablandırılıb, həlli rayon səviyyəsində mümkün olmayan müraciətlər nəzarətə götürülərək aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb. Qəbul zamanı vətəndaşlar tərəfindən, kəndə təbii qaz xəttinin çəkilməsi, rabitə xətt təsərrüfatının yenilənməsi, elektrik xətt təsərrüfatının "SİP" kabellə əvəz olunması, və digər məsələlər qaldırılmışdır. Kənd sakinləri ölkəmizdə və eləcə də rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş və ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.