Yardımlı RİH başçısının növbəti səyyar qəbulu Şıxlar kəndində keçirildi.
Şıxlar kənd tam orta məktəbinin həyətində (açıq havada) keçirilən səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Kənd sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək kəndin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Qəbulda sakinlər qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz olunması, rabitə xətt təsərrüfatının yenilənməsi, kənd yolunun asfaltlaşdırılması və digər sosial problemlərlə bağlı müraciət ediblər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.