Yardımlı RİH başçısının növbəti səyyar qəbulu Urakəran kəndində keçirildi.
Urakəran kənd tam orta məktəbində keçirilən səyyar qəbulda RİH başçısı, müavinləri, şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra RİH başçısı Ayaz Əsgərov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları, rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işləri haqqında ətraflı məlumat verib.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov onları narahat edən bir sıra məsələlərə aydınlıq gətirib. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb. Qəbul zamanı vətəndaşlar tərəfindən, kənddaxili yolların təmiri, telefon və internet xətti ilə təminat, Urakəran kənd tam orta məktəbinin mərkəzi istilik sisteminin qaz xəttinə qoşulması və digər məsələlər qaldırılmışdır. Kənd sakinləri ölkəmizdə və eləcə də rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş və ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.