Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı təhsili rəqəmlərdə

09 yanvar 2024 | 11:16

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2023/2024-cü tədris ilinin əvvəlinə rayonda fəaliyyət göstərən 78 dövlət gündüz ümumtəhsil məktəblərində 2814 nəfəri qızlar olmaqla 6339  nəfər şagird təhsilə cəlb edilmiş və ötən tədris ili ilə müqayisədə onların sayı 320 nəfər azalmışdır. Bütün şagirdlərdən 361 nəfəri qızlar olmaqla 860 nəfəri şəhər yerində, 2453 nəfəri qızlar olmaqla 5479 nəfəri kənd yerində təhsil alanlardır.
2023-ci ildə ümumtəhsil məktəblərini 205 nəfəri qızlar olmaqla 497  nəfər bitirmiş və tam orta təhsil haqqında  attestat almışlar. Tam orta təhsil haqqında attestat alan şagirdlərin  sayından 24 nəfəri qızlar olmaqla 56 nəfəri şəhər, 181 nəfəri qızlar olmaqla 441 nəfəri isə kənd yerində yerləşən təhsil müəssisələrinin payına düşür. Cari tədris ilində müəllimlərin sayı 949 nəfərdir.

Keçidlər