Yardımlıda 1343 hektar sahədə yazlıq bitkiləri əkilib.
04 may 2023 | 10:26
Yardımlıda 2023-cü ilin məhsulu üçün yazlıq bitkilərinin əkin kampaniyası davam edir. Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən may ayının əvvəlinə rayon üzrə 1343 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 hektar çoxdur. Yazlıq əkin sahəsinin 404 hektarı dənli və dənli paxlalı bitkilər, 784 hektarı kartof, 155 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir. Yazlıq əkinlərin əsasını kartof sahəsi təşkil edir. Rayonun Allar, Yolocaq, Şiləvəngə və Horavar inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əhali təsərrüfatları əkin kampaniyasında daha fəal iştirak edirlər. Hazırda əkin işləri davam edir.