Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Azərbaycan dövlətçiliyinin xilası günü” mövzusunda tədbir keçirilib.

12 iyun 2023 | 11:42

Yardımlı Rayon İcra Hakimiyyətinin və YAP Yardımlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan dövlətçiliyinin xilası günü mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov və YAP fəalları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxışında Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixində böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu bildirib. Ə.Məmmədova Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtmasını xalqımızın çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi daxil olduğunu qeyd edib. Vurğulanıb ki, Ulu Öndər öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ə.Məmmədova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, 15 İyun - Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən ətarflı söz açmışdır.

Çıxışçılar Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, Prezident İlham Əliyevin Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırmışlar.

Keçidlər