Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

14 iyun 2023 | 17:40

Heydər Əliyev ili ilə əlaqədar 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısı Ayaz Əsgərov, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra iştirakçılar Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponantlarla tanış olublar.

Yardımlı Rayon İcra Hakimiyyətində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ümummilli lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin edib, Azərbaycanı inkişaf yoluna çıxarıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.

YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün tarixindən, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən işlərdən və onun siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Ordumuzun qazandığı tarixi Qələbənin əhəmiyyətindən danışıb.

Çıxış edənlər ulu öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər. 

Keçidlər