Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 1560,3 hektar sahədə yazlıq bitkiləri əkilib.

24 iyun 2026 | 09:10

2026-cı ilin məhsulu üçün rayonda yazlıq bitkilərin əkin kampaniyası başa çatmışdır. Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən rayon üzrə 1560,3 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4 faiz çoxdur. Yazlıq əkin sahəsinin 949,8 hektarı dənli və dənli paxlalı bitkilər, 494,5 hektarı kartof, 116,0 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir. Rayonun Ərsilə, Şiləvəngə, və Vərov ərazi nümayəndəliklərinin əhali təsərrüfatları əkin kampaniyasında daha fəal iştirak etmişlər.

Keçidlər