Yardımlıda 158 nəfər dövlət qulluğunda çalışır
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2023-cü ilin əvvəlinə Yardımlı rayonunda fəaliyyət göstərən 36 müəssisə və təşkilatda işləyən dövlət qulluqçularının 5 nəfəri qadın olmaqla, ümumi sayı 158 nəfərdir. Dövlət qulluqçularının 3 nəfəri dördüncü, 4 nəfəri beşinci, 9 nəfəri altıncı, 129 nəfəri yeddinci, 13 nəfəri isə dövlət qulluğunun yardımçı vəzifələrində işləyənlərdir. Yaş qrupları üzrə dövlət qulluğunda çalışanlardan 30 yaşa qədər olanlar 19, 30-34 yaşda olanlar 21, 35-44 yaşda olanlar 30, 45-54 yaşda olanlar 27, 55-64 yaşda olanlar 57, 65 və yuxarı yaşda olanlar isə 4 nəfərdir. 2022-ci ildə dövlət qulluqçularının rayon üzrə orta aylıq əməkhaqqı əvvəlki il ilə müqayisədə 45,8 faiz artaraq 1263,5 manat, o cümlədən qadınlar üzrə 51,0 faiz artaraq 1636,1 manat olmuşdur.