Yardımlıda "2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Yardımlıda "2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Yardımlı Mərkəzi Rayon Xəstəxanasının akt zalında "2-ci tip şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş məktəb" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə RİH başçısının müavini Əfsanə Məmmədova, RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət İbişov, Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər kafedrasının asistenti, Endokrinoloqu Könül İsmayılova və Yardımlı MRX-nın Publik Hüquqi Şəxsin direktoru Rasim Əkbərov iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rasim Əkbərov qeyd edib ki, hər kəs öz sağlamlığının qeydinə qalmalı, davamlı fiziki aktivliklə, sağlam qidalanmaqla bu xəstəliyə qalib gəlməli, onu həyat tərzinə çevirməlidir.
Könül İsmayılova şəkərli diabetin yayılma statistikası haqqında məlumat verib. Qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən, 2030-cu ildə şəkərli diabetdən vəfat edənlərin sayına görə bu xəstəlik 7-ci yerdə qərarlaşacaq. Şəkərli diabetə tutulmuş insanların sayı gündən-günə artır. Lakin, bu o demək deyil ki, diabetli insan normal həyat sürə bilməz. Şəkərli diabeti vaxtında müəyyənləşdirib onunla mübarizə aparsaq, diabetin fəsadları ilə qarşılaşmarıq. Bu gün milli səhiyyəmiz davamlı inkişaf edir. Bütün xəstəliklərin, o cümlədən də şəkərli diabetin insan həyatı üçün təhlükəli olmasının qarşını almaq mümkündür. Bunun üçün diabeti nəzarətdə saxlamaq və sağlam həyat tərzi keçirmək kifayətdir. Sonda iştirakçılara təşkilatçılar tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb.