Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda "20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib.

16 yanvar 2023 | 17:44

Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Təhsil Sektorunun və YAP Yardımlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Yardımlı Rayon İcra Hakimiyyətində "20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib. 

Əvvəlcə vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra RiH başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək bildirib ki, bu dəhşətli faciədən 33 il ötsə də baş verənlər unudulmur: “Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq”.

Digər çıxış edənlər 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, 33 il əvvəl baş verən hadisələri Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndiriblər.

Keçidlər