Yardımlıda 2026-cı ilin taxıl biçini başa çatmışdır.
Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən Yardımlı rayonunda payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçin işləri tam başa çatdırılmışdır. Biçilməsi nəzərdə tutulmuş 4369,8 hektar sahədə biçin işləri aparılmış, sahələrdən 9992,2 ton məhsul toplanmışdır. Hər hektardan orta məhsuldarlıq 22,9 sentner təşkil etmişdir. Buğda üzrə orta məhsuldarlıq 24,2, arpa üzrə isə 20,1 sentner olmuşdur. Toplanmış məhsulun 7451,4 tonu buğdanın, 990,9 tonu arpanın, 1549,9 tonu digər dənli və dənli-paxlalı bitkilərin payına düşmüşdür. Buğda məhsulu üzrə yığımın yüksək göstəricisi əsasən həmin məhsulun əkin sahəsinin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə genişlənməsi ilə əlaqədardır. Belə ki, 2026-cı ildə buğda əkinlərinin sahəsi 3077,6 hektar, 2025-ci ildə isə 2207,0 hektar olmuşdur.
Ən çox taxıl məhsulu Aşağı Astanlı (10317,6 sentner), Ərus (8781,2 sentner), Ərsilə (8676,0 sentner), Yolocaq (8389,0 sentner), Zevin (7234,0 sentner), Telavar (6018,0 sentner), Şiləvəngə (5542,5 sentner), Vərov (5165,0 sentner) inzibati dairələrində qeydə alınıb.








