Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 27 Sentyabr - Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

24 sentyabr 2025 | 11:53

Sentyabrın 24-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yardımlı şəhəri Heydər Əliyev küçəsində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında RİH başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının, idarə müəssisə  və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin  xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 50 ədəd göyrüş və 50 ədəd sərv ağacı əkilib.

 

Keçidlər