Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 27 Sentyabr- Anım Günü silsilə tədbirlərlə qeyd olunub.

27 sentyabr 2023 | 13:48

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Yardımlı rayonunda da qeyd edilib.

Səhər saatlarından etibarən Yardımlı rayon Şəhidlər xiyabanına ziyarətlər edilib, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirələri qürurla yad edilib.

Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun fəal gəncləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH Başçısı Ayaz Əsgərov çıxış edərək bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr respublikamızda Anım Günü kimi qeyd edilir. Bu tarixi gündə şəhid ailələləri qarşısında baş əyir, Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərə Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyirəm. RİH başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını deyib. O bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Şəhid ailələri çıxış edərək  dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək, Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Yardımlı rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

Keçidlər