Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 28 May – Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib.

27 may 2025 | 15:27
Yardımlı RİH-nin inzibati binasında 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Səmədli, aparatın məsul əməkdaşları və idarə müəssisə rəhbərləri iştirak ediblər.
RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Səmədli çıxış edərək Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq qısa müddət ərzində əldə olunan nailiyyətlər və dövlət quruculuğu prosesində həyata keçirilən tədbirlər barəsində danışıb.
Digər çıxış edənlər Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətindən, o cümlədən, dövlət və ordu quruculuğundan, aparılan sosial, siyasi və təhsil islahatlarından danışaraq bildirmişlər ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edildi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edir.
Keçidlər