Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda "28 May Müstəqillik Günü"nə həsr olunmuş voleybol idman növü üzrə rayon turnirinin final mərhələsi keçirilib.

15 may 2025 | 17:31
Yardımlı İdman Kompleksində Lənkəran- Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında voleybol idman növü üzrə rayon turnirinin final mərhələsi keçirilib.
Turnirdə Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Azərbaycan Voleybol Federasiyasının Prezidenti Şahin Bağırov, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi qonaqlar iştirak ediblər.
Çıxış edənlər Respublikamızda ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, respublikamızın bütün bölgələrində, o cümlədən, Yardımlı rayonunda idmanın inkişafı üçün infrastrukturun yüksək səviyyədə qurulduğu barədə tədbir iştirakçılarına məlumat veriblər.
Turnirdə 8 komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən görüşdə I yerə Yardımlı şəhər V.H.Məmmədov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin İstiqlal komandası, II yerə Yardımlı rayon Horavar kənd tam orta ümumtəhsil məktəbinin Uğur komandası, III yerə Yardımlı rayon Sırıq kənd tam orta ümumtəhsil məktəbinin Hilal komandası layiq görülüb.
Qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.
Keçidlər