Yardımlıda 31 Mart soyqırımı ilə əlaqədar anım tədbiri keçirilib.
30 mart 2024 | 10:56
31 Mart-Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri səhər saatlarında Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi şərəfinə rayonun mərkəzində ucaldılmış abidə kompleksinə baş çəkərək qətliam qurbanlarının xatirəsini ehtiramla yad etməklə abidənin önünə gül dəstələri düzüblər.