Yardımlıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
31 mart 2026 | 15:11
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yardımlı rayonunda anım tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri səhər saatlarında Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi şərəfinə rayonun mərkəzində ucaldılmış abidə kompleksinə baş çəkərək qətliam qurbanlarının xatirəsini ehtiramla yad etməklə abidənin önünə gül dəstələri düzüblər.








