Yardımlıda 3420,0 hektar sahədə payızlıq bitkilər səpilib.
Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən rayonda 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmışdır. 01 yanvar 2026-cı il vəziyyətinə 3420,0 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahələrin 89,9 faizini və yaxud 3073,0 hektarını buğda, 10,1 faizini və ya 347,0 hektarını isə arpa əkinləri təşkil edir. 2024-cü ilin müvafiq dövrünə nisbətən 2025-ci ildə payızlıqlar üzrə səpin 34,8 faiz, o cümlədən buğda sahəsi üzrə 39,2 faiz, arpa sahəsi üzrə isə 4,8 faiz artımla yerinə yetirilmişdir.
Ən çox buğda bitkisi Aşağı Astanlı, Ərus, Yolocaq, Zevin və Telavar kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin əhali təsərrüfatlarında səpilmişdir.








