Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 4232 hektar sahədə səpin işləri aparılıb.

13 yanvar 2023 | 15:14

Yardımlı rayonunda kənd təsərrüfatının taxılçılıq sahəsi  spesifik sahələrdən hesab olunur. Fermer və torpaq mülkiyyətçiləri 2023-cü ildə  yüksək nəticələr əldə etmək məqsədi ilə  2022-ci ilin payızlıq səpin kampaniyasına vaxtında başlayaraq 4277 sahədə şum işləri aparmış, optimal  müddətdə 4232 hektar sahədə səpin işləri aparıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 776 hektar çoxdur. Yerinə yetirilmiş əkin işlərinin 4016 hektarını  buğda, 216 hektarını arpa sahəsi təşkil edir. Taxıl əkini işlərində Avaş, Zevin, Şiləvəngə və Ərus ərazi nümayəndəlikləri üzrə ailə kəndli təsərrüfatları, Mehdi, Tural, İlham hüquqi şəxs statuslu kənd təsərrüfatı müəssisələri xüsusi fəallıq göstərmişlər. Artıq rayonda 2023-cü ilin məhsulu üçün səpin işləri başa çatdırılmışdır.

Keçidlər