Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “5 iyun - Meliorasiya və su təsərrüfatı işçiləri günü” qeyd edilib

05 iyun 2024 | 17:21

Yardımlı rayonunda  “5 iyun - Meliorasiya və su təsərrüfatı işçiləri günü” qeyd edilib. Tədbirdə Yardımlı RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova və ASC-nin 3 nömrəli Regional Su Kanal İdarəsinin Yardımlı rayon Su Kanal  sahəsinin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.

RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova Yardımlı rayon Su Kanal  sahəsinin kollektivini “5 iyun - Meliorasiya və su təsərrüfatı işçiləri günü”  münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Keçidlər