Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə dəyirmi masa keçirilib.

09 noyabr 2023 | 14:52
Noyabrın 9-da Yardımlı RİH-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münasibətilə dəyirmi masa keçirilib. Dəyirmi masada RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, RİH-nin əməkdaşları, idarə-müəssisə və təşkilatların gənc əməkdaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
​ Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini– İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, müstəqillik bərpa edildikdən sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini bildirdi. Üçrəngli bayrağımız dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu gün Azərbaycan Respublikası üçrəngli​ dövlət bayrağı 30 illik həsrətdən sonra Qarabağda, Xankəndində​ dalğalandı. Azərbaycan bayrağı bütün dünya azərbaycanlılarının milli birliyinin ifadəsidir və hamımızın qürur mənbəyimizdir.
RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, Təhsil sektorunun məsləhətçisi Pənah Tağıyev və Anzov kənd tam orta məktəbin direktoru Malik Balaşov çıxış edərək bildiriblər ki, hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir.Çox böyük qurur verici haldırki, bu gün bayrağımız azad olunmuş torpaqlarımızda dalğalanır.
Keçidlər