Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda "Ağ ölümün qara fəsadları" adlı tədbir keçirilib.

09 mart 2022 | 16:00

Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Yardımlı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizəyə dair Tədbirlər Planına müvafiq olaraq, "Ağ ölümün qara fəsadları" adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin kollektivi, Polis Şöbəsinin əməkdaşları, Yardımlı şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri, Yardımlı Rayon Təhsil Şöbəsinin əməkdaşı Vaqif Əzizov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının həkimi Etibar Babayev və Yardımlı Rayon Psixoloqlar Birliyinin sədri Qadir İbişov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Aqil Ağayev cəmiyyətdə "ağ ölüm" kimi qəbul edilən, bəşər övladının bəlasına çevrilmiş, gənclərimizin qənimi olan narkomaniyanın yaratdığı fəsadlardan və bu bəla ilə mübarizənin yollarından ətraflı bəhs edib.

Sonra rayon Polis Şöbəsinin rəisi, polkovnik Arif Babayev mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Daha sonra çıxış edənlər - psixoloq Qadir İbişov, həkim Etibar Babayev, Təhsil Şöbəsinin əməkdaşı Vaqif Əzizov mövzuya dair fikirlərini bildiriblər.

Sonda narkomaniyanın yaratdığı fəsadlardan bəhs edən sənədli film nümayiş olunub.

Keçidlər