Yardımlıda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
02 iyul 2024-cü il tarixində Yardımlı rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, rayon ağsaqqalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
RİH-nin inzibati binasında baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbir iştirakçılarını salamlayaraq, respublikamızın hər yerində olduğu kimi, Yardımlı rayonunda da böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların fəaliyyətindən söz açıb. Ümummilli Lider Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı xidmətlərindən, onların dəyərli məsləhətlərinə, öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra Yardımlı rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məruzəsi dinlənilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb.