Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

14 aprel 2023 | 16:03

Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş "Örnək qadın ömrü" adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı RİH Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, MRX-nın kollektivi və  Akademik Zərifə Əliyeva adına 1 saylı Yardımlı şəhər körpələr evi-uşaq bağçasının müdiri Gülnarə İsmayılova iştirak ediblər.

Əvvəlcə görkəmli alim, oftalmoloq, Akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycan tibb elminə əvəzsiz töhvələr verən, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edib.

Sonra Yardımlı RİH Başçısının müavini – İctimai-siaysi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova oftalmologiya elminə böyük töhfələr verən Akademik Zərifə Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib. Qeyd olunub ki, Zərifə Əliyeva yaddaşlarda görkəmli alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib.

Daha sonra MRX-nın həkimi Himayət Mahmudov görkəmli oftalmoloqun əvəzsiz xidmətləri haqqında ətraflı məlumat verib. Akademikin şəxsi keyfiyyətlərindən, humanistliyi ilə seçilən peşəsi haqqında ətraflı bəhs edən H.Mahmudov Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində həm praktik-həkim kimi çalışdığını, həm də uzun illər ərzində elmi tədqiqatlar apardığını, yaşadığı dövrdə respublikamız üçün real problem olan gözlərin traxoma xəstəliyi ilə yaxından maraqlandığını, öz araşdırmalarını bu problemin həllinə yönəltdiyini bildirib.

Sonda tədbir iştirakçıları Mərkəzdə təşkil olunan sərgilər və mövcud olan eksponatlarla tanış olublar.

Keçidlər