Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda ali məktəblərə yüksək balla daxil olan tələbələrlə görüş keçirilib.

10 sentyabr 2025 | 17:12

Yardımlı Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib. Görüşdə RİH başçısı Ayaz Əsgərov, müavinləri, şöbə müdirləri, təhsil sektorunun əməkdaşı, ATİAHİ Yardımlı rayon komitəsinin sədri və məzunlar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tələbə adını qazanan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. RİH başçısı qeyd edib ki, qalib ölkəmizin qüdrətli gələcəyinə hesblanmış Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti hazırda Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin təhsil strategiyasının kökündə milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı və dayanıqlı inkişafı dayanır.

Bu il rayonun 153 məzunu tələbə adına layiq görülüb, onlardan 9-u 600-dən yuxarı nəticə göstərib.

Digər çıxış edənlər məzunları yüksək nəticələrlə tələbə adına layiq görülmələri münasibətilə təbrik edib və nailiyyətlərinin davamlı olmasını arzulayıblar. 

Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə qiymətli xatirə hədiyyələri təqdim edilib.

Keçidlər