Yardımlıda Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
27 sentyabr 2022 | 11:35
Sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Masallı-Yardımlı avtomobil yolunun 49-cu km-liyinin kənarındakı sahədə ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında RİH başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak etmişdir.
Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 60 ədəd Eldar şamı əkildi.