Yardımlıda arı ailələrinin sayında artım qeydə alınmışdır.
Yardımlıda əkinçilik və heyvandarlıqla yanaşı arıçılıq da prioritet sahələrdən hesab olunur. Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2023-cü ilin əvvəlinə rayonda 7101 arı ailəsi qeydə alınmışdır ki, ondan 6601 arı ailəsi ailə kəndli və ev təsərrüfatlarının, 500 arı ailəsi isə kənd təsərrüfatı təyinatlı müəssisələrin mülkiyyətindədir. Ötən ilə nisbətən arı ailələrinin sayında 5,9 faiz (398 vahid) artım baş vermişdir. Artım ailə kəndli və ev təsərrüfatları ilə yanaşı kənd təsərrüfatı müəssisələrində də müşahidə edilmişdir. Əldə olunmuş məlumatlara əsasən bütün təsərrüfat kateqoriyaları üzrə bir arı ailəsinin orta satış qiyməti 198 manat, 1 kiloqram təbii balın satış qiyməti 30-35 manat, hər arı ailəsindən orta məhsuldarlıq 8,0 kiloqramdır.