Yardımlıda "Azərbaycan xalqının ən böyük kədəri" adlı tədbir keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Rayon Təhsil Sektorunun, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan "Azərbaycan xalqının ən böyük kədəri" adlı tədbir keçirilib.
Tədbirdə RİH Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Rayon Təhsil sektorunun aparıcı məsləhətçisi İman Sadiyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev, Mərkəzin bədii qiraət dərnəyinin rəhbəri Türkel Tağızadə, dərnək üzvləri, Bozayran kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
İlk öncə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi, bötövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycan xalqının başına gətirilən dəhşətli cinayət aktı barədə ətraflı məlumat verib.
RİH Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova xalqımızın qan yaddaşına çevrilən Xocalı soyqırımı zamanı analarımızın, körpələrimizin başına gətirilən dəhşətli faktlardan söz açıb.
Rayon Təhsil sektorunun aparıcı məsləhətçisi İman Sadiyev və Gənclər və idman idarəsinin rəisi Şəhriyar Şabiyev mövzu ətrafında fikirlərini ifadə edib, gənclərimizə tarixi faktların öyrənilməsi və gələcək nəsillərə çatdırılması barədə tövsiyələr veriblər.
Daha sonra Mərkəzin bədii qiraət dərnəyinin rəhbəri Türkel Tağızadənin rəhbərliyi ilə dərnək üzvlərinin hazırladığı şeir kompozisiyası dinlənilib, Xocalı həqiqətlərindən bəhs edən "Xocalı-bir millətin kədəri" adlı sənədli film nümayiş etdirilib.
Sonda Xocalı faciəsindən bəhs edən "Qisası alınan torpaq" adlı sərgiyə baxış keçirilib.