Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda ”Bahar bayramınız mübarək” adlı tədbir keçirilib.

17 mart 2023 | 15:17

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl və əziz bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz Yardımlı rayonunda da təmtəraqla və özünəməxsus gözəlliklə qeyd olunub.

Martın 17-də Yardımlı rayonunda təşkil olunan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək sakinlərimizi bu gözəl bayram münasibətilə təbrik edib, xoş arzularını bildirib.

Sonra Novruz tonqalı yandırılıb. Xalqımızın ən sevimli bayramlarından olan Novruzun gəlişi rayon sakinlərində xoş əhval-ruhiyyə yaradıb.

Tədbir iştirakçıları milli adətlərimizi, baharın gəlişini və Novruz ənənələrini əks etdirən sərgilərlə tanış olublar. Daha sonra Dədə Qorqud və Bahar qızı tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Novruzun əsas atributlarından olan Kosa və Keçəlin çıxışı maraqla qarşılanıb.

Uşaq bağçasının balaca fidanlarının və kənd bədii özfəaliyyət kollektivlərinin çıxışları da tədbirə əlavə rəng qatıb. Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Keçidlər