Yardımlıda "Bir dahinin həyat yoluna səyahət" layihəsinin növbəti tədbiri keçirilib.
Yardımlı rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev ili" ilə əlaqədar həyata keçirilən "Bir dahinin həyat yoluna səyahət" adlı layihənin növbəti tədbiri keçirilib.
Tədbirdə Yardımlı RİH Başçısının müavini–ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Anzov kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndərin xalqımız qarşısındakı danılmaz xidmətlərindən bəhs edib.
Sonra Ayaz Əliyev dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyəti, o cümlədən xalqımıza miras qoyduğu irslə bağlı geniş məruzə edib.
Daha sonra Əfsanə Məmmədova Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tənəzzüldən qurtarmasından, cəmiyyətin süqutdan inkişafa doğru keçdiyi yollardan bəhs edib.
Tədbirin sonunda "Öndərin yolu" sənədli filmi nümayiş olunub, tədbir iştirakçıları Mərkəzdə təşkil olunan sərgi və mövcud olan eksponatlarla tanış olublar.