Yardımlıda bitkiçilik sahəsi üzrə məhsul yığımı yekunlaşmaq üzrədir.
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən Yardımlıda 01 sentyabr 2023-cü il tarixə bitkiçilik sahəsi üzrə 5369,0 hektar sahədən məhsul yığılmışdır. Yığılan məhsulun 4397,0 hektarı dənli və dənli paxlalılar, 812,0 hektarı kartof, 160,0 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir. 4034,0 hektar taxıl sahəsindən 95688,0 sentner məhsul istehsal olunmuşdur. Taxıl bitkiləri üzrə orta məhsuldarlıq hər hektara 23,7 sentner təşkil edir. Dənli bitkilər üzrə; 3766,0 hektar buğda sahəsindən 90488 sentner (orta məhsuldarlıq 24,0 sentner), 258,0 hektar arpa sahəsindən 5000,0 sentner (orta məhsuldarlıq 19,4 sentner), 10,0 hektar sair dənli bitkilər sahəsindən 200,0 sentner (orta məhsuldarlıq 20,0 sentner) taxıl məhsulları yığılmışdır. 2022-ci ilin payızında 4016 hektar sahədə buğda səpini aparılsa da məhsulun vegetasiya dövründə rayonun dağlıq hissəsində anomal hava şəraiti və leysan yağışları 250,0 hektar buğda sahəsində məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olmuş, nəticədə həmin ərazidə biçin aparılması məqsədəmüvafiq hesab edilməmişdir.
Paxlalı bitkilərə aid 363,0 hektar sahənin məhsulu tam toplanaraq 7260,0 sentner, tərəvəz bitkiləri sahəsi üzrə 168,0 hektar sahənin 160,0 hektarının məhsulu toplanaraq 18240,0 sentner, eləcə də 812,0 hektar kartof sahəsinin məhsulu tam toplanaraq 75597,0 sentner məhsul əldə edilmişdir. Son hesabat məlumatlarına əsasən artıq dənli, paxlalı eləcə də, kartof məhsullarının toplanışı tam başa çatmış, tərəvəz və bostan məhsullarının toplanışı 99,2 faiz yerinə yetirilərək yekunlaşmaq üzrədir.
Kənd təsərrüfatı məhsullarının yığımı ilə paralel olaraq, 2024-cü ilin məhsulu üçün 819,0 hektar sahədə herik şumu aparılmış və bu istiqamətdə işlər davam etdirilir.