Yardımlıda cari ilin təsdiq olunmuş iş planına uyğun olaraq növbəti görüş keçirilmişdir.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ərazi nümayəndələri ilə görüş keçirib.
Görüşdə 2022-ci ilin birgə iş planına uyğun olaraq rayonda görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
RİH başçısı Ayaz Əsgərov çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən danışıb, bildirmişdir ki, rayonda fəaliyyət göstərən bütün təşkilatlarda vətəndaşlara, xüsusilə də şəhid ailələri və qazilərə göstərilən xidmətlər yüksək səviyyədə olmalıdır.
RİH başçısı qanunsuz tikililərin qarşısının alınması məqsədi ilə əhali arasında maarifləndirmə işlərinin aparılmasını, ev təsərrüfatlarının uçotuna dair göstəricilərin Dövlət Statistika Komitəsinin elektron bazasına daxil edilməsi vəziyyətinin düzgün aparılmasının vacibliyini vurğulayıb və reallaşan layihələrin mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılması, həmin tədbirlərə rayon ictimaiyyətinin, gənclərin, digər təşkilat nümayəndələrinin cəlb olunması ilə bağlı da fikirlərini bildirib.
Daha sonra RİH Başçısı narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar, insan sağlamlığına vurduğu zərərlər və maarifləndirmə istiqamətdə aparılan işlərdən söz açaraq ailənin xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu və gələcək nəsillərə ötürücüsü kimi cəmiyyətimizdə mühüm rol oynadığını bildirimişdir. Bununla bərabər erkən nikaha daxil olmanın cəmiyyətin inkişafına əngəl törətdiyini və milli genofondumuza mənfi təsir göstərdiyini, təhsil almaq həvəsini və imkanlarını azaltdığını, eyni zamanda, sağlamlığa ciddi təsir göstərərək həm azyaşlı anaya, həm də uşağa ciddi təhlükə yaratdığını, həmçinin bu cür ailələrdə boşanma hallarına daha çox təsadüf edildiyini qeyd etmişdir.