Yardımlıda daha bir səyyar qəbul Bilnə kəndində keçirilib.
Yardımlı rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbullar davam etdirilir. Rayon İcra Hakimiyyətinin, xidmət sahələrinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, sakinlərin, şəhid ailələrinin, qazilərin iştirakı ilə növbəti qəbul Bilnə kəndində keçirilib.
Səyyar qəbulda əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
Sonra sakinlərin arzu və təklifləri dinlənilib. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırılan məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.