Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda daha bir səyyar qəbul Şovut kəndində keçirilib.

04 avqust 2023 | 12:54

Yardımlı rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbullar davam etdirilir. Rayon İcra Hakimiyyətinin, xidmət sahələrinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin və sakinlərin iştirakı ilə növbəti qəbul Şovut kəndində keçirilib.

Səyyar qəbulda əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər