Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda dövlət qulluqçuları üçün təlimlər keçirilib.

30 aprel 2024 | 15:23

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən 29-30 aprel 2024-cü il tarixlərində Yardımlı Rayon İcra Hakimiyyətində, inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları üçün “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” və “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzularında təlimlər keçirilib. Təlimlərdə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda çalışan dövlət qulluqçuları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Təlim zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilmiş, müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Keçidlər