Yardımlıda dövlət qulluqçuları və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə təlimlər keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən 25-27 oktyabr 2023-cü il tarixlərində Yardımlı Rayon İcra Hakimiyyətində inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları üçün “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik”, “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, həmçinin “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında təlimlər keçirilib. Təlimlərdə dövlət qulluqçuları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Təlim zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilmiş, müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.