Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib.

22 noyabr 2022 | 14:28

Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Əlamətdar gün münasibətilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Rayon Məhkəməsinin sədri İlqam Həsənquliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və  ədliyyə işçiləri ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ədliyyə işçilərini peşə bayramı günü münasibətilə  təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər