Yardımlıda əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında imzaladığı 3378 nömrəli Sərəncamının 3.3.7.3-cü (Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materialların (bukletlər, plakatlar, kitabçalar, sosial çarxlar və s.) hazırlanması və paylanması (o cümlədən ilkin səhiyyə xidməti göstərən müəssisələr, KİV və sosial şəbəkələr vasitəsilə)) bəndinin icrası ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ”Fiziki aktivliyə” dair hazırlanmış maarifləndirici materiallar əsasən işləyən əhaliyə təqdim olunmuş və maarifləndirici söhbətlər aparılmışdır.