Yardımlıda əhalinin sayı artıb.
15 may 2023 | 11:05
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən cari ilin əvvəlindən Yardımlı rayonunun ümumi əhalisi 147 nəfər artaraq, 2023-cü il aprel ayının 1-i vəziyyətinə 67804 nəfərə çatıb. Bütün əhalidən 11 faizi şəhər, 89 faizi isə kənd sakinləridir. 2023-cü ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 277 nəfər doğulan körpə və 85 ölüm halı qeydə alınıb. Əhalinin təbii artımı 192 nəfər olub. İlin ilk 3 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 99 nikah və 11 boşanma halı rəsmiləşdirilib.