Yardımlıda əhalinin sayı barədə
16 may 2024 | 09:36
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2024-cü ilin yanvar-mart aylarında Yardımlıda əhalinin sayı 162 nəfər və ya 1,2 faiz artaraq aprel ayının 1-i vəziyyətinə 68608 nəfərə çatmışdır. Bütün əhalidən 11 faizi şəhər, 89 faizi kənd sakinləridir. Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk üç ayı ərzində rayonda təbii artımın səviyyəsi 191 nəfər olmaqla 264 doğum, 73 ölüm halı qeydə alınmış, 101 nikah bağlanmış və 24 boşanma halı baş vermişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə doğumların sayında 13, ölüm sayında 12 fakt azalma, nikahların sayında 2, boşanmaların sayında isə 13 fakt artım baş vermişdir.