Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda əhalinin sayı haqqında məlumat

28 fevral 2024 | 08:49

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2023-cü ildə Yardımlı rayonu üzrə əhalinin sayı 789 nəfər (1,17%) artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 68446 nəfərə çatıb. Əhalinin 7346 nəfərini (10,73%) şəhər, 61100 nəfərini (89,27%) kənd sakinləri, 34284 nəfərini (50,09%) kişilər, 34162 nəfərini (49,91%) isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin  qeydiyyat şöbələri tərəfindən 2023-cü ildə rayonda 1123 doğum, 278 ölüm halı qeydə alınmış, 452 nikah bağlanmış və 66 boşanma halı baş vermişdir. Rayon üzrə miqrasiya saldosu mənfi 56 olmuşdur.

Keçidlər