Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda əhalinin sayı haqqında

16 noyabr 2024 | 09:48

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2024-cü ilin əvvəlindən Yardımlı rayonu üzrə əhalinin ümumi sayı 595 nəfər artaraq cari ilin oktyabr ayının 1-i vəziyyətinə 69041 nəfərə çatıb. Əhalinin 11,0 faizini şəhər, 89,0 faizini kənd sakinləri, 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk 9 ayı ərzində rayonda 858 doğum, 219 ölüm faktı qeydə alınmış, 362 nikah bağlanmış və 71 boşanma halı baş vermişdir. Rayon üzrə miqrasiya saldosu mənfi 44 olmuşdur.

Keçidlər