Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda əhalinin sayı

07 mart 2025 | 10:10

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2024-cü ildə Yardımlı rayonu üzrə əhalinin sayı 768 nəfər (1,1%) artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 69214 nəfərə çatıb. Əhalinin 7498 nəfərini (10,8%) şəhər, 61716 nəfərini (89,2%) kənd sakinləri, 34745 nəfərini (50,2%) kişilər, 34469 nəfərini (49,8%) isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2024-cü ildə rayonda 1094 doğum, 293 ölüm halı qeydə alınmış, 473 nikah bağlanmış və 84 boşanma halı baş vermişdir. Rayon üzrə miqrasiya saldosu mənfi 33 olmuşdur.

Keçidlər