Yardımlıda əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirilmə və məlumatlandırılma məqsədi ilə manitorinq aparılmışdır
27 fevral 2024 | 16:57
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.4 bəndinin icrası ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 06 fevra 2024-cü il tarixindən başlayaraq əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirilmə görüşləri keçirilmişdir. Görüşlər zamanı Yardımlı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon sakinlərinin xüsusilə sıx olduğu yerlərdə müvafiq söhbətlər aparılmış, sağlam həyat tərzinə dair maarifləndirici bukletlər paylanılmışdır.