Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda əhaliyə göstərilən ödənişli xidmətlər.

23 aprel 2024 | 14:23

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2024-cü ilin yanvar-mart hesabat dövrü ərzində əhaliyə göstərilmiş ödənişli xidmətin ümumi həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə (qiymət indeksi nəzərə alınmaqla) müqayisəli qiymətlərlə 5,8 faiz artaraq  6830,0 min manat olmuşdur. Əhaliyə  hüquqi şəxslər tərəfindən  865,8 min manatlıq, fiziki şəxslər tərəfindən isə 5964,2 min manatlıq müxtəlif sahələr üzrə ödənişli xidmətlər göstərilmişdir. Keçən illə müqayisədə  məişət xidmətinin ümumi həcmi 42,0 min manat, artaraq  898,0  min  manat olmuşdur. 2024-cü ilin yanvar-mart aylarında turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə sahəsində 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artım müşahidə edilmişdir.

Keçidlər